Əsas məzmuna keç

Anaklaudia Rossbax: BMT yardımlarının azalması ciddi xəbərdarlıqdır

Anaklaudia Rossbax: BMT yardımlarının azalması ciddi xəbərdarlıqdır

UN-Habitat rəhbəri Birləşmiş Millətlər Təşkilatının maliyyə kəsirinin fəsadları barədə həyəcan təbili çaldı. Qlobal ixtisarların yaratdığı təhlükənin şok detalları.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Dünya Bankında uzunillik iş təcrübəmə dayanaraq, şəhərsalma, mənzil təminatı və qeyri-formal yaşayış məntəqələri sahəsindəki bütün bilik və bacarıqlarımızı bir araya gətirmək üçün böyük imkanlar görürəm. Biz, fərqli coğrafiyalarda fəaliyyət göstərən və zəngin təcrübəyə malik olan bir icmayıq. Əgər bu çoxşaxəli potensialı və ekspertizanı birləşdirə bilsək, daha güclü olar, təsir dairəmizi və fəaliyyətimizi daha da genişləndirə bilərik.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal mənzil maliyyələşdirilməsindən yerli əlçatan mənzil gündəliyinə: Qlobal inkişaf və submilli maliyyələşdirmədən istifadə" adlı tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, bu prosesdə bir məsələ xüsusilə aydın oldu: maliyyə vəsaitlərinin, xüsusilə də BMT-nin humanitar fəaliyyətlərinə ayrılan yardımların azalması təşkilata ciddi təsir göstərib: "Bu da inkişaf məsələsinin nə qədər vacib olduğunu bir daha nümayiş etdirdi. Biz, qlobal icma olaraq, ilə inkişaf arasında əlaqə qurmaq məsələsində, ümumilikdə, uğursuzluğa düçar olduq".

“Məncə, bu, mənim üçün bir növ xəbərdarlıq siqnalı oldu. Əgər biz və UN-Habitat olaraq inkişaf sahəsində fəaliyyətimizi genişləndirmək istəyiriksə – hansı ki, dünyanın da məhz buna ehtiyacı var – təbii ki, insanların qidalanmasını təmin etmək və həyatlarını xilas etmək ən vacib məsələdir. Amma yalnız bununla kifayətlənsək, cəmiyyət olaraq irəli gedə bilmərik. Dayanıqlı İnkişaf Məqsədləri, və Yeni Şəhər Gündəliyi kimi qarşımızda duran əsas çağırışları və hədəfləri icra edə bilmərik”, - deyə o əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…