Əsas məzmuna keç

WUF13 hazırlıqları: BMT-nin Vyana ofisində tədbir keçirilib

WUF13 hazırlıqları: BMT-nin Vyana ofisində tədbir keçirilib

Bakıdakı Ümumdünya Şəhərsalma Forumuna hazırlıqlar UN-Habitat və ATƏT-də təqdim edildi. İqlim dəyişikliyi və yaşıl transformasiya üzrə əsas hədəflərimiz nələrdir?

en ru

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını ictimaiyyətə təqdim etmək məqsədilə Təşkilatının (BMT) ofisində və ATƏT-in Vyanadakı mənzil-qərargahında təhlükəsiz və dayanıqlı şəhərlər mövzusunda tədbirlər keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat "WUF13Azerbaijan"ın "X" hesabında yayılıb.

"Tədbirlər Azərbaycanın Vyanadakı beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO), Məskunlaşma Proqramı (UN-Habitat), ATƏT və Vyana Şəhər meriyası tərəfindən birgə təşkil olunub", - məlumatda bildirilib.

Qeyd olunub ki, tədbirlər çərçivəsində Bakıda keçiriləcək WUF13-ün hazırlıq işləri, eləcə də bu kontekstdə Azərbaycanın əsas məqsədləri barədə məlumat verilib. Həmçinin şəhərsalma, yaşıl transformasiya, , dayanıqlı şəhərlər və əlçatan mənzil təminatı mövzularında müzakirələr aparılıb. Bundan əlavə, iştirakçılar şəhərlərin inkişafı və transformasiyası kontekstində Vyana, Bakı və Bazel şəhərlərinin təcrübələri ətrafında fikir mübadiləsi aparıblar.

Müzakirələrdə tərəfini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparat rəhbərinin müavini və WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva və Xarici İşlər Nazirliyinin iqlim diplomatiyası idarəsinin rəisi Elçin Allahverdiyev təmsil ediblər.

Tədbirlərdə Vyanada yerləşən beynəlxalq və regional təşkilatlarda akkreditə olunmuş ölkələrin nümayəndələri, eləcə də müvafiq ekspertlər iştirak ediblər.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası 17–22 may tarixlərində Bakıda keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…