Əsas məzmuna keç

Amerikalı kişi iti tərəfindən vuruldu

Amerikalı kişi iti tərəfindən vuruldu

ABŞ-nin Tennessi ştatında silahın tətiyini çəkən it sahibini yaralayıb. Bununla bağlı xarici KİV məlumat yayıb. Memfisdə yaşayan Cerald Kirkvud polisə...

ABŞ-nin Tennessi ştatında silahın tətiyini çəkən it sahibini yaralayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Memfisdə yaşayan Cerald Kirkvud polisə deyib ki, yataqda yatarkən iti təsadüfən silahından atəş açıb.

İt silahın tətiyinin qoruyucusuna ilişib və tətiyi çəkərək sahibini güllələyib.

Güllə Kirkvudun sol budunun yuxarı nahiyəsindən keçib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #abş#kiv#cerald
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…