Operativ Məlumat Mərkəzi

"Amerika xalqı olmasaydı, Ukrayna artıq bir ölkə kimi mövcud olmayacaqdı"

1 dəq
Paylaş:
"Amerika xalqı olmasaydı, Ukrayna artıq bir ölkə kimi mövcud olmayacaqdı"
bu sözləri Ağ Evin mətbuat katibi Caroline Levitt deyib. "Biz bu görüşlərin çox tezliklə baş tutacağını gözləyirik, xüsusən də prezident Zelenski ilə", -...

"ABŞ administrasiyası ABŞ, Rusiya və Ukrayna Prezidentləri Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski arasında erkən görüşlərə ümid edir".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Caroline Levitt deyib.

"Biz bu görüşlərin çox tezliklə baş tutacağını gözləyirik, xüsusən də prezident Zelenski ilə", - deyə o bildirib.

Caroline Levitt qeyd edib ki, Tramp Zelenskinin ABŞ-nin Ukraynanın müdafiəsinə yatırdığı yüz milyardlarla dolları qaytara bilməsi üçün mineralların işlənməsi ilə bağlı saziş imzalamasını gözləyir.

Onun sözlərinə görə, Amerika xalqı olmasaydı, Ukrayna artıq bir ölkə kimi mövcud olmayacaqdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər