Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna müharibəsini bitirməyin Rusiya prezidenti Vladimir Putinin əlində olduğunu bildirib və Putinin İstanbula gedib danışıqlar apara biləcəyini deyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Pistorius mövcud vəziyyəti proqnozlaşdırmağın çətin olduğuna diqqət çəkərək, Vaşinqtondan gələn reaksiyalardan danışıqda dəyişiklik gördüyünü vurğulayıb.
"Yalnız bunu deyə bilərəm, müharibəni bitirmək Vladimir Putinin əlindədir. İstanbula gedib danışıqlar apara bilər. Atəşkəs əmrini o verə bilər",- deyə qeyd edib.