Operativ Məlumat Mərkəzi

Almaniyada ifrat sağçı partiyaya qarşı etirazlar olub

2 dəq
Paylaş:
Almaniyada ifrat sağçı partiyaya qarşı etirazlar olub
{"az":"bu barədə \"RİA Novosti\" məlumat verib. Mitinqlərdə yüz minlərlə insan iştirak edib. Agentlik Potsdamda keçirilən etiraz aksiyasında Almaniya kansleri...","en":"","ru":""}

Almaniyada ölkəni zəbt etməkdə günahlandırılan ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) siyasi partiyasına qarşı kütləvi aksiyalar keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib.

Mitinqlərdə yüz minlərlə insan iştirak edib. Agentlik Potsdamda keçirilən etiraz aksiyasında Almaniya kansleri Olaf Şolz və xarici işlər naziri Annalena Barbokun iştirak etdiyini bildirib.

Nümayişlərə səbəb mediada AfD nümayəndələrinin noyabr ayında bəzi ifrat sağçı və neonasist təşkilatların liderləri ilə gizli görüş keçirməsi və bu görüşdə yeni immiqrasiya planının təklif edildiyi barədə məlumatlar olub. Çıxış iştirakçıları qaçqın statusu almaq üçün müraciət edən bütün şəxslərin, “yaşayış hüququna malik” əcnəbilərin və “assimilyasiya olunmamış vətəndaşların” Almaniyadan deportasiya edilməsini təklif ediblər.

AfD həmçinin Rusiyaya qarşı sanksiyaların ləğvinin tərəfdarıdır və bir sıra beynəlxalq məsələlərdə Moskvanın mövqeyini dəstəkləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər