Almaniya Ukraynaya 381 milyonluq yeni humanitar yardım paketini elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Londonda Ukraynanın bərpası üzrə konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni humanitar yardım paketinin həcmi 381 milyon dəyərindədir: “Bu yardım generatorlar, çadırlar və digər avadanlıqlara sərf olunacaq”.
Nazir bildirib ki, Almaniya minatəmizləmə işində Ukraynaya yardımı davam etdirəcək.
A.Berbok xatırladıb ki, Almaniya artıq Ukraynaya 16,8 milyard avro dəstək verib.