Operativ Məlumat Mərkəzi

Almaniya Trampın təhdidlərini Aİ üçün "qırmızı xətt" adlandırır

2 dəq
Paylaş:
Almaniya Trampın təhdidlərini Aİ üçün "qırmızı xətt" adlandırır
bu barədə “Bloomberg” Almaniyanın maliyyə naziri və vitse-kansleri Lars Klinqbeylin açıqlamasına istinadən məlumat yayıb.Klinqbeyl bildirib ki, Avropa...

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etməklə bağlı təhdidləri Avropa İttifaqı üçün “qırmızı xətt” hesab olunur və Brüssel Vaşinqtona açıq şəkildə “həddin aşıldığını” bildirməlidir.

“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, bu barədə “Bloomberg” Almaniyanın maliyyə naziri və vitse-kansleri Lars Klinqbeylin açıqlamasına istinadən məlumat yayıb.

Klinqbeyl bildirib ki, Avropa İttifaqı “iqtisadi məcburiyyətə” qarşı mübarizə aparmaq üçün mövcud mexanizmlərdən istifadə imkanlarını nəzərdən keçirməlidir. Onun sözlərinə görə, Avropanın iqtisadi şantajlara cavab vermək üçün qanunvericiliklə müəyyən edilmiş alətlər dəsti mövcuddur və hazırda bu tədbirlərin tətbiqi imkanları araşdırılmalıdır.

Vitse-kansler vurğulayıb ki, Prezident Trampın davamlı təxribatları və yeni düşmənçilik ritorikası fonunda avropalılar açıq şəkildə limitin çatdığını bəyan etməlidirlər. O əlavə edib ki, Trampın tariflərin tətbiqi ilə bağlı təhdidlərindən sonra Avropa “şantaja boyun əyməməli” və müvafiq addımlar atmalıdır.

“Mənim üçün vacibdir ki, Avropa hər mərhələdə hərəkətə keçməyə hazır olsun. Bunu son anda etmək mümkün deyil — bu hazırlıqlar elə indidən başlamalıdır”, — deyə Klinqbeyl qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər