“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson 1998/99 mövsümündə “Bavariya” ilə Çempionlar Liqasının finalını karyerasının ən vacib oyunu adlandırıb. O, bu barədə “The Observer”ə danışıb.
Ferqyuson həmin vaxtadək Avropa çempionları kubokunu qazana bilmədiyini və bu məqsədə çatmadan karyerasını başa vurmağın onun üçün ağır olacağını deyib. Mütəxəssis kuboku çatışmayan əsas nailiyyət kimi gördüyünü, lakin ilk növbədə xatırladığı oyunların futboldan daha çox insanlarla bağlı olduğunu da əlavə edib.
1999-cu il finalında “Mançester Yunayted” əsas vaxtın sonunadək “Bavariya”ya uduzurdu. İngiltərə təmsilçisi qarşılaşmanın əlavə olunmuş vaxtında iki qol vuraraq hesabı dəyişdi.
Teddi Şerinqem 91-ci dəqiqədə fərqləndi, iki dəqiqə sonra isə Ule-Gunnar Sulsher qələbə qolunu vurdu. “Mançester Yunayted” həmin qələbə ilə Çempionlar Liqasının qalibi oldu.