Əsas məzmuna keç

Akyaka-Gümrü dəmir yolu yenidən qurulur

Akyaka-Gümrü dəmir yolu yenidən qurulur

Ermənistan-Türkiyə sərhədinin açılmasına hazırlıq çərçivəsində nəqliyyat xətti bərpa olunur. Akyaka meri Erdüger Toptaş iqtisadi əməkdaşlıq üçün atılan addımı açıqladı.

ru en

Hazırda Akyaka-Gümrü dəmir yolu infrastrukturunun bərpası üzrə aparılır və bu işlər 2-3 ay ərzində başa çatdırılacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Armenpress"ə Akyaka bildirib.

Onun sözlərinə görə, infrastrukturun bərpası işləri aparılır və tikinti ilə bağlı açıq tenderlər elan edilib. Başlanan tikinti işləri Ermənistan-Türkiyə sərhədinin açılmasına hazırlıqdır. Akyakadan Gümrüyə qədər torpaq yolun tikintisi üçün artıq tender elan edilib.

"Akyakadan Gümrüyə qədər yolun tikintisi üçün tender artıq elan edilib və biz işlərin orada da başlayacağını gözləyirik. Bu, hökumətimizin mehriban qonşuluq və dostluq münasibətlərinin inkişafı siyasətinin bir hissəsidir", - Toptaş vurğulayıb.

Mer hesab edir ki, Ermənistan-Türkiyə sərhədinin açılması hər iki ölkəyə iqtisadi fayda gətirəcək.

O qeyd edib ki, iki ölkə arasında kənd təsərrüfatı və sənaye sahəsində üçün də geniş imkanlar açılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…