Əsas məzmuna keç

Aİ Rusiya nümayəndələrinin hüquqlarını məhdudlaşdırmaq istəyir

Aİ Rusiya nümayəndələrinin hüquqlarını məhdudlaşdırmaq istəyir

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, məhdudiyyətlər təkcə diplomatlara deyil, həmçinin konsulluq işçilərinə, diplomatik...

19-cu anti-Rusiya sanksiyalar çərçivəsində Avropa İttifaqı (Aİ) ölkələri rus diplomatlarının deyil, həm də diplomatik missiyalarının bütün işçilərinin blok daxilində hərəkətini məhdudlaşdırmaq istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlər təkcə diplomatlara deyil, həmçinin konsulluq işçilərinə, diplomatik nümayəndəliklərin və konsulluqların inzibati, texniki və xidmət işçilərinə, habelə onların ailə üzvlərinə ediləcək.

Avropa rəsmiləri hesab edirlər ki, yeni qaydalar təxribatçı fəaliyyətlərin qarşısını almaq və Rusiyanın Aİ ölkələrində apardığı iddia edilən informasiya kampaniyalarına nəzarət etmək üçün tətbiq edilməlidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…