Əsas məzmuna keç

Avropa Komissiyası Rusiyaya 20-ci sanksiya paketi hazırlayır

Avropa Komissiyası Rusiyaya 20-ci sanksiya paketi hazırlayır

Avropa Komissiyası Rusiyaya 20-ci sanksiya paketi hazırlayır

en ru

Avropa Komissiyası Rusiyaya qarşı 20-ci paketini təqdim etməyə hazırlaşır.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Euractiv” portalının məlumatına görə, Avropa Komissiyası fevralın 4-də Avropa İttifaqının səfirlərinə Rusiyaya qarşı 20-ci sanksiya paketini təqdim etməyi planlaşdırır.

Avropa rəsmilərinin bildirdiyinə görə, sözügedən tədbirlərin əvvəlcə fevralın 3-də açıqlanması gözlənilirdi. Məlumata əsasən, təkliflər paketinə Rusiyanın sözdə “kölgə donanması”na dəniz xidmətlərinin tam qadağan edilməsi, lüks malların ixracına daha sərt məhdudiyyətlər, eləcə də gübrələrinin idxalına əlavə məhdudiyyətlər daxil ola bilər.

Qeyd olunur ki, fevralın 2-də Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Rusiyaya qarşı 20-ci sanksiyalar raundunun tətbiq edildiyini elan edib. O, Avropanın Ukraynaya dəstəyinin “gündən-günə, ildən-ilə” dəyişməz qaldığını vurğulayıb.

Eyni zamanda, "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verir ki, yeni sanksiyalar çərçivəsində Aİ Rusiyadan mis, platin, iridium və rodiumun alınmasını da qadağan etməyi planlaşdırır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…