Rəsmi Kiyev bəzi Rusiya təşkilatlarına və fərdlərinə qarşı sanksiyalar tətbiq edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Siyahıya Rosarxiv, Rusiya Hərbi Tarix Cəmiyyəti (RMHS), Krım Dövlət Arxivləri, DXR Dövlət Arxivləri, Rusiya Tarix Cəmiyyəti (RTAR) və digər təşkilatlar, ümumilikdə 15 təşkilat daxildir.
Siyahıda həmçinin 29 nəfərin adı var.
Zelenski müntəzəm olaraq Rusiya vətəndaşlarına və təşkilatlarına, eləcə də Kiyevin Rusiya ilə əməkdaşlıqda ittiham etdiyi Ukrayna və digər ölkələrin vətəndaşlarına qarşı sanksiyalar tətbiq edən fərmanlar imzalayır.