Əsas məzmuna keç

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təsdiqləməyə hazırlaşır

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təsdiqləməyə hazırlaşır

Avropa Komissiyası Rusiyaya qarşı yeni məhdudiyyətlər paketini fevralın 24-nə qədər qəbul etməyi planlaşdırır.

en ru

Rusiyaya qarşı yeni sanksiyalar paketini fevralın 24-dək təsdiqləmək niyyətindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbrə verir ki, bu barədə Avropa İttifaqının (Aİ) üzrə rəsmi nümayəndəsi Anuar El-Anuni brifinq zamanı məlumat verib.

Diplomat qeyd edib ki, hazırda Aİ-yə üzv dövlətlər bu məsələni aktiv şəkildə müzakirə edirlər.

Məlumata görə, 20-ci sanksiyalar paketi Ukraynadakı hərbi münaqişənin dördüncü ildönümünə təsadüf edəcək.

Brüsselin əsas məqsədi Rusiyanı hərbi əməliyyatlar üçün zəruri olan vasitə, mal və texnologiyalardan məhrum etməkdir.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen yeni məhdudiyyətlərin məzmununu açıqlayaraq üzv ölkələri sənədi operativ şəkildə təsdiqləməyə çağırıb.

Qeyd edək ki, bu addım Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas tərəfindən daha əvvəl elan edilmiş strategiyanın tərkib hissəsidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…