Əsas məzmuna keç

Aİ Qəzza üçün yeni təşəbbüsə başladı: 883 milyon avro ayrıldı

Aİ Qəzza üçün yeni təşəbbüsə başladı: 883 milyon avro ayrıldı

Brüsseldə keçirilən Fələstin Donorlar Qrupunun toplantısında Qəzzada infrastrukturun və əsas xidmətlərin bərpası üçün genişmiqyaslı maliyyə dəstəyi elan edilib.

en ru

Avropa İttifaqı (Aİ) Qəzzada bərpa işlərini sürətləndirmək məqsədilə yeni təşəbbüsə start verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Aİ Komissiyasının yaydığı rəsmi açıqlamaya əsasən, Brüsseldə keçirilən Donorlar Qrupunun ikinci toplantısı çərçivəsində “ Komandası Təşəbbüsü” təqdim olunub.

Bildirilib ki, layihənin əsas məqsədi Qəzzada dağıdılmış infrastrukturun və həyati əhəmiyyət daşıyan xidmətlərin qısa müddətdə bərpasına dəstək göstərməkdir.

Məlumata görə, proqram çərçivəsində su və kanalizasiya sistemlərinin təmiri, dağıntıların və bərk tullantıların təmizlənməsi, səhiyyə xidmətlərinin yenidən fəaliyyətə başlaması, həmçinin , kənd təsərrüfatı və ərzaq təminatı sahələrinin bərpası istiqamətində işlər görüləcək.

Qeyd olunub ki, təşəbbüs Aİ, Təşkilatı (BMT) və Dünya Bankının aprel ayında dərc etdiyi “Qəzza üçün Sürətli Zərər və Ehtiyacların Qiymətləndirilməsi” hesabatı əsasında hazırlanıb.

Açıqlamaya əsasən, “Qəzza Komandası Təşəbbüsü” çərçivəsində erkən bərpa işlərinin maliyyələşdirilməsi üçün ümumilikdə 883,6 milyon həcmində vəsait səfərbər edilib.

Bununla yanaşı, Fələstin rəhbərliyinə maliyyə yardımının çatdırılması mexanizmi çərçivəsində yeni əməkdaşlıq və maliyyə töhfələrinə dair müqavilələrin də imzalandığı bildirilib.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 16.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…