Avropa İttifaqına (Aİ) üzv ölkələrin ticarət nazirləri ABŞ-nin tətbiq etmək qərarına gəldiyi tariflərə reaksiyanı müəyyən etmək üçün Lüksemburqda bir araya gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Aİ Komissiyasının Ticarətdən Məsul Üzvü Maros Şefçoviç 27 Aİ üzvü olan ölkənin ticarətdən məsul nazirlərinin Lüksemburqda keçirdiyi toplantının girişində açıqlama verib.
Şefçoviç ABŞ ilə davam edən təmaslar barədə nazirləri məlumatlandıracağını bildirib.
O, həmçinin problemdə olan Avropa şirkətlərinə necə dəstək veriləcəyi, dünyanın qalan ölkələri ilə azad ticarət danışıqlarının sürətləndirilməsi kimi məsələləri də müzakirə edəcəklərini bildirib.