Əsas məzmuna keç

Aİ İrana qarşı sanksiyaları davam etdirəcək

Aİ İrana qarşı sanksiyaları davam etdirəcək

"Avropa İttifaqı İran hökumətinin hərəkətlərinə cavab olaraq Tehrana qarşı sanksiyaları davam etdirəcək". Bu sözləri Avropa İttifaqının Xarici İşlər və...

en ru

"Avropa İttifaqı İran hökumətinin hərəkətlərinə cavab olaraq Tehrana qarşı sanksiyaları davam etdirəcək".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya deyib.

“İran hökumətinin hərəkətlərinə cavab olaraq Aİ genişmiqyaslı sanksiyalar tətbiq edib. Biz Avropa İttifaqının təhlükəsizliyini və maraqlarını qorumağa, o cümlədən əlavə sanksiyalar vasitəsilə davam edəcəyik”, -o qeyd edib.

Bildirilir ki, Aİ İrana proqramını dayandırmağa, ballistik raket proqramını məhdudlaşdırmağa, regionda və Avropada sabitliyi pozan fəaliyyətlərdən çəkinməyə, həmçinin öz xalqına qarşı dəhşətli zorakılıq və repressiyalara son qoymağa çağırır.

Kallas əlavə edib ki, Avropa İttifaqı gərginliyin azaldılması və İranda nüvə silahının əldə edilməsinin qarşısını alan davamlı həll yollarının tapılması üçün bütün diplomatik səylərə töhfəsini verməyə davam edəcək.

Açıqlamada həmçinin İrana Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməsi və Hörmüz boğazı kimi əsas su yollarında pozuntuların qarşısını alması çağırışı yer alıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…