Əsas məzmuna keç

Aİ Ermənistanın Transxəzər planını dəstəklədi

Aİ Ermənistanın Transxəzər planını dəstəklədi

Brüssel İrəvanın Orta Dəhliz layihəsinə inteqrasiyasını müsbət qiymətləndirir. Regional logistika zəncirindəki bu strateji gəlişmənin təfərrüatları ilə tanış olun.

en ru

Marşrutu (TBNM) Avropa üçün strateji əhəmiyyətə malikdir və Aİ Ermənistanın bu marşruta qoşulması səylərini dəstəkləyir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər veir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İrəvanda keçirilən Aİ-Ermənistan sammitinin yekunları üzrə Ermənistanın Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə birgə bəyanatla çıxışı zamanı bildirib.

"Biz Transxəzər dəhlizi kimi əsas nəqliyyat marşrutlarına inteqrasiyanızı dəstəkləyəcəyik. Regionlarımız arasında artan ticarət axınları nəzərə alınmaqla bu marşrut Avropa üçün də strateji əhəmiyyətə malikdir.

Buna görə də bu gün nəqliyyat üzrə yüksək səviyyəli dialoqu başladırıq, çünki nəqliyyat şəbəkələri rəqabətqabiliyyətliliyin hərəkətverici qüvvəsidir", - o bildirib.

Fon der Lyayenin sözlərinə görə, Aİ və dörd əsas istiqamətdə əməkdaşlığı inkişaf etdirəcək: qarşılıqlı əlaqə, enerji, rəqəmsallaşma, həmçinin iqtisadi dəstək və sosial dayanıqlılıq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…