Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
02.07.2024 10:05
Aa
dəq

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Ağsu rayonu ərazisində, Bakı-Qazax magistral yolunun 122-ci kilometrliyində yerləşən “Abdulla” yeməkxanasında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, obyektin elektrik ötürücü xətləri və xarici (çöl) elektrik naqilləri yanar dam örtüyünün üzəri ilə və ərazidə olan ağaclara dolamaqla çəkilib. Obyektə aid olan tikililərin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. Obyektlə meşə massivi, meşə yolları və digər ərazilər arasında şumlama aparılaraq yanğına qarşı minerallaşdırılmış zolaqlar yaradılmayıb və ərazi qurumuş kol-kosdan, taxta qırıntılarından təmizlənməyib. Meşədən və ya meşə zolağından keçən obyektdaxili avtomobil yollarının hər iki tərəfi 10 metr məsafədə quru kol-kosdan, yanar materiallardan təmizlənməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Ağsu rayonu ərazisində, Bakı-Qazax magistral yolunun 122-ci kilometrliyində yerləşən “Abdulla” yeməkxanasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Həftənin ən çox oxunanları

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
DAVAMIN OXU davamın oxu

8 noyabr prospektində görülən işlər nə vaxt yekunlaşacaq?

8 noyabr prospektində görülən işlər nə vaxt yekunlaşacaq?
DAVAMIN OXU davamın oxu

Azərbaycan xüsusi təyinatlıları təlimdə - VİDEO

Azərbaycan xüsusi təyinatlıları təlimdə - VİDEO
DAVAMIN OXU davamın oxu

Kərə yağı bahalaşıb?

Kərə yağı bahalaşıb?
DAVAMIN OXU davamın oxu