Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ağrı dağında Nuhun gəmisinin qalıqları tapılıb?

2 dəq
Paylaş:
Ağrı dağında Nuhun gəmisinin qalıqları tapılıb?

Türkiyədə Nuhun gəmisinin qalıqlarının tapıldığı iddia olunur.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, Türkiyənin şərqində Ağrı (Ararat) dağ silsiləsində zamanı Nuhun gəmisinə aid ola biləcək strukturlar aşkar etdiklərini iddia edirlər. Məlumata görə, kəşf Böyük Ağrı dağından 29 kilometr cənubda yerləşən geoloji sahəsində aparılan xarici müayinə zamanı qeydə alınıb.

Qeyd olunub ki, ərazidə aparılan texniki araşdırmalar zamanı qaya altında tunel və dəhlizlərə bənzər strukturlar aşkar edilib. Tədqiqatçılar bu boşluqların gəminin göyərtələri və daxili bölmələri ilə əlaqəli ola biləcəyini ehtimal edirlər.

Araşdırma qrupunun üzvü Endryu Cons bildirib ki, Müqəddəs Kitabda təsvir olunan üç göyərtəli gəmi modeli ilə tapılan strukturlar arasında uyğunluq ola bilər.

Məlumata görə, alimlər bu ehtimalı daha dəqiq yoxlamaq üçün yeraltı boşluqları araşdıracaq xüsusi robot cihaz hazırlamağı planlaşdırırlar.

Qeyd edilib ki, Durupınar formasiyası ilk dəfə 1959-cu ildə aşkar olunub və uzun illərdir Nuhun gəmisinin mümkün qalıqları kimi müzakirə edilir. 2024-cü ildə götürülən torpaq nümunələrinin analizində yüksək üzvi maddə və kalium miqdarı aşkarlanıb.

Bəzi alimlər hesab edir ki, bu ərazi qədim dövrlərdə baş vermiş böyük daşqınlarla əlaqəli ola bilər. Bu ehtimallar Qara dəniz hövzəsində minilliklər əvvəl baş vermiş su basqını nəzəriyyəsi ilə də əlaqələndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax