Operativ Məlumat Mərkəzi

Ağ Ev görüşü Azərbaycan tarixində yeni səhifə açdı

4 dəq
Paylaş:
Ağ Ev görüşü Azərbaycan tarixində yeni səhifə açdı
8 avqust 2025-ci ildə Ağ Evdə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın dəvəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev...

8 avqust 2025-ci ildə Ağ Evdə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın dəvəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən birgə görüş, təkcə ayrı-ayrı ölkələr üçün deyil, eyni zamanda regional və beynəlxalq münasibətlər sistemində yeni bir səhifənin açılması deməkdir.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Fəzail Ağamalı: “Bu sənəd \"iki dövlət bir millət\" konsepsiyasına söykənir” | Modern.az

O bildirib ki, indiyə qədər münaqişə aparan tərəflərin bu şəkildə, bu formatda bir araya gələrək, Amerikanın moderatorluğu ilə mövcud problemlərin həlli üçün vahid mövqedən çıxış etməsi nadir hadisələrdən biridir.

“Əlbəttə, tam məsuliyyətlə demək olar ki, bunun müəllifi Prezident İlham Əliyevdir. Vətən müharibəsində qələbə və uğurlu antiterror əməliyyatından sonra bütün diqqət Ermənistanla münasibətlərin normallaşmasına və Sülh Sazişinin bağlanmasına yönəlib. Bu, ölkə prezidentinin xarici siyasətinin önündə duran məsələ idi. Beş bənddən ibarət sülh sazişi təklifi Ermənistan tərəfinə göndərilib və bu bəndlər ətrafında uzun müddət müxtəlif platformalarda müzakirələr aparılıb. Moskva, Avropa İttifaqı və digər tərəflərin vasitəçilik cəhdləri nəticəsiz qalıb, çünki hər bir dövlət və beynəlxalq təşkilat məsələyə öz maraqları prizmasından yanaşıb. Problemin həllindən çox, bu həll prosesindən əldə olunacaq dividendlər önə çıxıb. Minsk qrupundan Birləşmiş Ərəb Əmirliklərindəki görüşə qədər bu vəziyyət davam edib. Nəhayət, belə bir görüş Ağ Evdə keçirilib”.

Fəzail Ağamalı hesab edir ki, bu, gələcək münasibətlərin inkişafında və müzakirələrin aparılmasında ciddi təməl yaradıb. Trampın birbaşa rəhbərliyi altında həyata keçirilən görüşün nəticəsində imzalanan sənədlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında həlledici rol oynayacaq, Rusiya və İran amilini isə neytrallaşdıra biləcək.

Deputat həmçinin Zəngəzur dəhlizinin açılması məsələsinə toxunub. Onun sözlərinə görə, artıq bu məsələyə “Tramp yolu” da deyilir. ABŞ şirkətinə icarəyə verilməsi barədə mətbuatda yayılan məlumatlara baxmayaraq, Rusiya və İranın buna mane olacağı düşünülürdü. Lakin məsələ həllini tapıb və Ermənistanın mövqeyi Azərbaycan tərəfindən dəstəklənib. Trampın bunu qəbul etməsi ilə Zəngəzur dəhlizi məsələsi sona çatdırılıb. Rusiya reallığı qəbul edib, İranın bəzi təmsilçilərinin açıqlamaları isə ciddi qarşılanmayıb.

Fəzail Ağamalı üçüncü mühüm məsələ kimi ABŞ-nin “907-ci düzəliş”i ləğv etməsini göstərib. Onun sözlərinə görə, bu, Azərbaycanın dövlətçilik imicinə ziyan vuran, ədalətsiz bir yanaşma idi və Trampın qərarı iki ölkə arasında strateji əməkdaşlıq üçün geniş imkanlar açıb.

Görüş nəticəsində xüsusi komissiyanın yaradılacağı, Azərbaycan və ABŞ arasında münasibətlərin yeni mərhələyə qədəm qoyacağı bildirilib. Deputat, həmçinin sülh sazişinin paraflandığını və Ermənistanda Konstitusiyaya dəyişiklik edildikdən sonra imzalanması üçün maneələrin qalxacağını qeyd edib.

“Minsk qrupunun ləğvi üçün də prosedurun başladığını deyən Fəzail Ağamalı, bütün bu uğurları Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin nəticəsi adlandırıb”.

“Bu, Azərbaycanın növbəti möhtəşəm qələbələrindən biridir və tarixə qızıl hərflərlə həkk olunub”, – deyə millət vəkili vurğulayəb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər