Əsas məzmuna keç

Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə görüşüb

Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə görüşüb

Parisdə keçirilən görüşdə mədəni irsin qorunması və beynəlxalq humanitar təşəbbüslər müzakirə olunub. Nasser bin Həməd Al Hinzab ilə əməkdaşlıq hansı istiqamətdə inkişaf edəcək?

ru en

İyunun 16-da Paris şəhərində Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri, Qətərin UNESCO yanında daimi nümayəndəsi doktor Nasser bin Həməd Al Hinzab ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə UNESCO çərçivəsində çoxtərəfli , mədəni irsin qorunması, mədəniyyətlərarası dialoq və humanitar təşəbbüslərlə bağlı məsələlər müzakirə olunub.

Nazir Adil Kərimli Azərbaycanın UNESCO ilə əməkdaşlığa verdiyi önəmi vurğulayaraq ölkəmizin təşkilatın fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib.

Tərəflər UNESCO platformasında qarşılıqlı maraq doğuran , üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və mədəniyyətin əməkdaşlığın inkişafındakı rolu barədə fikir mübadiləsi aparıblar.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri ətrafında da müzakirələr aparılıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…