Əsas məzmuna keç

Adil Kərimli UNESCO rəsmisi ilə əməkdaşlığı müzakirə edib

Adil Kərimli UNESCO rəsmisi ilə əməkdaşlığı müzakirə edib

Mədəniyyət naziri Adil Kərimli Parisdə Hondker M. Talha ilə görüşüb. Tərəflər qeyri-maddi mədəni irsin qorunması və beynəlxalq dialoqun inkişafını müzakirə ediblər.

en ru

İyunun 16-da Paris şəhərində Respublikasının naziri Kərimli UNESCO-nun 43-cü Baş Konfransının Prezidenti, Banqladeşin yanında daimi nümayəndəsi Hondker M. Talha ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə UNESCO-nun Baş Konfransı çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq mədəni-humanitar gündəlikdə yer alan prioritet mövzular və təşkilat daxilində çoxtərəfli dialoqun təşviqi məsələləri müzakirə olunub.

Nazir Adil Kərimli Azərbaycanın UNESCO ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirərək təşkilat çərçivəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Tərəflər mədəniyyətlərarası dialoq, mədəni müxtəlifliyin təşviqi, qeyri-maddi mədəni irsin qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda keçib.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…