Əsas məzmuna keç

ABŞ Vaşinqtonda federal hüquq-mühafizə qüvvələrini artırır

ABŞ Vaşinqtonda federal hüquq-mühafizə qüvvələrini artırır

Ağ Ev cinayətlə mübarizə çərçivəsində gələn həftə boyunca Vaşinqtonda federal hüquq-mühafizə orqanlarının sayının artırılacağını açıqlayıb. Bununla bağlı...

Ağ Ev cinayətlə mübarizə çərçivəsində gələn həftə boyunca Vaşinqtonda hüquq-mühafizə orqanlarının sayının artırılacağını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Artırılan hüquq-mühafizə qüvvələrinin paytaxtı yenidən təhlükəsiz gətirəcəyi və Park Polisinin rəhbərliyi ilə gecə yarısından etibarən küçələrdə xidmətə başlayacağı bildirilib.

Bu tədbirin ABŞ Prezidenti Trampın verdiyi fərmanla, lazım gəldikdə uzadılmaq şərti ilə 7 gün davam edəcəyi qeyd olunub.

Açıqlamada qüvvələrin əsasən turistlərin sıx olduğu bölgələrə və digər tanınmış qaynar nöqtələrə yönləndiriləcəyi vurğulanıb.

Bundan əlavə, Amtrak və şəhərin metro dəmir yolu xidmətinin qüvvələri də bu tədbirə daxil edilib.

Ağ Evin sözçüsü Karoline Leavitt verdiyi açıqlamada Vaşinqtonun çox uzun müddətdir zorakılıqla mübarizə apardığını bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…