Əsas məzmuna keç

ABŞ bəzi ölkələrə viza məhdudiyyəti tətbiq etmişdi, aradan qaldırdı

ABŞ bəzi ölkələrə viza məhdudiyyəti tətbiq etmişdi, aradan qaldırdı

Manhetten Federal Dairə Məhkəməsi, Dövlət Departamentinin 40-a yaxın ölkənin vətəndaşlarına tətbiq etdiyi viza məhdudiyyətlərini qanunsuz hesab edib.

en ru

ABŞ məhkəməsi Dövlət Departamentinin bir sıra ölkə vətəndaşlarına tətbiq etdiyi immiqrantlarla bağlı viza məhdudiyyətini ləğv edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Məhkəməsinin hakimi Cinet Varqas siyasətin federal miqrasiya qanunlarına zidd olduğunu bildirib.

Məhkəmənin qərarına əsasən, şəxsin yalnız vətəndaşlığına görə viza verilməsinin məhdudlaşdırılması qanuni tələbləri pozur. Hakim həmçinin Marko Rubionun konsulluq orqanlarının viza prosesinə müdaxilə səlahiyyətlərini aşdığını qeyd edib.

Yanvar ayında tətbiq olunan məhdudiyyətlər Braziliya, Kolumbiya, Misir, Haiti, Somali və da daxil olmaqla təxminən 40 ölkənin vətəndaşlarına təsir edib.

Tramp administrasiyası qərarı milli təhlükəsizlik və sosial yardımlardan asılılığın azaldılması ilə əsaslandırsa da, məhkəmə bu arqumentləri kifayət qədər hüquqi əsas hesab etməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…