Əsas məzmuna keç

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə Patriot batareyaları göndərib

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə Patriot batareyaları göndərib

Vaşinqton neft-qaz obyektlərini qorumaq üçün İrana qarşı müdafiəni gücləndirir. Theodore Roosevelt aviadaşıyıcısı və zenit sistemləri bölgəyə göndərildi.

en ru

ABŞ və Qətərə neft-qaz obyektlərinin müdafiəsi məqsədilə iki əlavə zenit-raket kompleksi batareyası göndərib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Axios" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ hərbçiləri sentyabr ayında Səudiyyə Ərəbistanına ölkənin əsas neft obyektlərindən birinin müdafiəsi üçün bir Patriot batareyası göndərib. Digər batareya isə Qətərdəki qaz obyektinin mühafizəsi üçün yerləşdirilib.

Axios yazır ki, Vaşinqton bununla iki müttəfiqinə ABŞ-nin onların əsas enerji obyektlərini qoruyacağına dair təminat vermək istəyib. Bu addım ABŞ Prezidenti Trampın İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək qərarı verəcəyi ehtimalı fonunda atılıb.

Həmçinin bildirilib ki, " " aviadaşıyıcısı və onun zərbə qrupu sentyabrın 27-də San-Dieqodan yola çıxaraq Yaxın Şərqə istiqamət alıb. Qrupun noyabrın ortalarında regiona çatacağı gözlənilir.

"Theodore Roosevelt"in mart ayından bölgədə olan "George Bush" aviadaşıyıcısına, eləcə də yay aylarında Yaponiyadan Yaxın Şərqə gətirilən və artıq təxminən bir aydır regionda olan "George Washington" aviadaşıcısına qoşulacağı bildirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…