Əsas məzmuna keç

ABŞ Senatındakı gərginlik: Trampın öz partiyadaşları ilə münasibətləri pisləşir

ABŞ Senatındakı gərginlik: Trampın öz partiyadaşları ilə münasibətləri pisləşir

ABŞ-ın keçmiş prezidenti Donald Trampın İranla bağlı siyasəti və respublikaçı senatorlarla yaşadığı fikir ayrılıqları ciddi siyasi böhrana səbəb olub.

en ru

ABŞ-nin Prezidenti ilə Respublikaçılar Partiyasının Senatdakı nümayəndələri arasında siyasi gərginlik artıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Bloomberg" agentliyinin məlumatına görə, Kapitolidə keçirilən nahar görüşü zamanı tərəflər arasında ciddi fikir ayrılığı yaşanıb. Bildirilib ki, gərginliyə səbəb Trampın İranla bağlı apardığı siyasətin partiya daxilində bir qrup tərəfindən kəskin tənqid olunması olub.

Məlumata görə, yaranan mübahisədən sonra Donald Tramp Respublikaçıların aralıq seçkilər üçün strateji əhəmiyyətli hesab etdiyi qanun layihəsinin imzalanma mərasimini ləğv edib.

Qeyd olunub ki, münaqişənin əsas səbəblərindən biri Senatda keçirilən səsvermə olub. Respublikaçı senatorlar ilk dəfə olaraq prezidentin İranla müharibə aparmaq səlahiyyətlərini məhdudlaşdıran rəmzi təşəbbüsü dəstəkləyiblər. Həmin vaxt Donald Tramp Pensilvaniyada mitinqində çıxış edirdi.

Məlumata əsasən, Luiziana ştatından olan senator Con Kennedi jurnalistlərə açıqlamasında prezidentin səsvermədən sonra “qəzəbləndiyini” bildirib və görüşün yeganə müsbət tərəfinin hər kəsin öz mövqeyini sərbəst ifadə etməsi olduğunu qeyd edib.

Bildirilib ki, Konqresdəki Respublikaçılara yaxın anonim mənbə Donald Trampın hazırkı siyasi fəaliyyətini restoran metrdotelinə bənzədib. Həmin mənbənin sözlərinə görə, eyni anda bir neçə böhranı idarə etməyə çalışır və bu, idarəetmədə çətinliklər yaradır.

Qeyd olunub ki, iqtisadi vəziyyət, paytaxtın yenidən qurulması ilə bağlı mübahisələr, Venesuela məsələsi və yaxınlaşan aralıq seçkilər daxili təzyiqləri artırır. İranla bağlı gərginliyin isə xüsusilə qaz qiymətlərindəki artım fonunda vəziyyəti daha da mürəkkəbləşdirdiyi vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…