Operativ Məlumat Mərkəzi

ABŞ Prezidenti: İranın nüvə silahına malik olması fəlakətlə nəticələnəcək

1 dəq
Paylaş:
ABŞ Prezidenti: İranın nüvə silahına malik olması fəlakətlə nəticələnəcək
Tramp bunu inauqurasiyadan sonra “Fox News” telekanalına verdiyi ilk müsahibəsində bildirib. "Onlar (İran) nüvə silahına malik ola bilməz. Əgər onlar...

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın nüvə silahına malik olması dünyanı fəlakətə sürükləyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp bunu inauqurasiyadan sonra “Fox News” telekanalına verdiyi ilk müsahibəsində bildirib.

"Onlar (İran) nüvə silahına malik ola bilməz. Əgər onlar buna malik olsalar, bu silah digərlərində də olacaq və bu, fəlakətlə nəticələnəcək", - ABŞ lideri bildirib.

Bu arada yanvarın ortalarında İran Prezidenti Məsud Pezeşkian “NBC News” telekanalına müsahibəsində Tehranın nüvə silahı yaratmaq məqsədinin olmadığını bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər