Əsas məzmuna keç

ABŞ ordusu Karib dənizində narkotik gəmisini zərərsizləşdirdi

ABŞ ordusu Karib dənizində narkotik gəmisini zərərsizləşdirdi

SOUTHCOM-un Karib dənizindəki "Cənubi Nizə" əməliyyatı: Terrorçuların gəmisi zərərsizləşdirildi. 140 nəfərin öldüyü genişmiqyaslı reydlərin detalları bəlli oldu.

en ru

hərbçiləri Karib dənizində daşıdığı iddia edilən daha bir gəmini zərərsizləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə United States Southern Command () məlumat yayıb.

Komandanlığın açıqlamasında bildirilib ki, “Cənubi Nizə” Xüsusi Təyinatlı Qrupu terror təşkilatı tərəfindən idarə olunan gəmini vurub. Kəşfiyyat məlumatlarına əsasən, gəmi Karib dənizində narkotik qaçaqmalçılığı üçün istifadə olunan marşrut üzrə hərəkət edib.

Əməliyyat zamanı üç nəfərin öldürüldüyü qeyd olunub. Bildirilib ki, ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.

Məlumata görə, 2025-ci ilin sentyabr ayından etibarən ABŞ qüvvələri Karib dənizi və Şərqi Sakit okean akvatoriyasında narkotik daşıdığı ehtimal edilən 40-dan çox gəmiyə zərbə endirib. Əməliyyatlar nəticəsində ümumilikdə 140 nəfərin həlak olduğu bildirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…