Operativ Məlumat Mərkəzi

"ABŞ-nin yeni planı sülh üçün şanslar verir"

1 dəq
Paylaş:
"ABŞ-nin yeni planı sülh üçün şanslar verir"

Macarıstan ABŞ-nin Ukrayna nizamlanması ilə bağlı yeni planını real hesab edir və bunun sülhə nail olmaq üçün əsas rol oynayacağına ümid edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto Brüsseldə M1 televiziya kanalında yayımlanan bir sıra ikitərəfli görüşlərdən sonra jurnalistlərə bildirib.

O qeyd edib ki, bu plan “Avropanın gələcək təhlükəsizliyi üçün çox mühüm əsasları” ehtiva edir.

"Biz bunun reallığı nəzərə aldığına inanırıq. Biz bu plandakı bütün məqamların real vəziyyətə əsaslandığını görürük", - Siyarto bildirib.

Macarıstanın xarici işlər naziri ümid edir ki, hazırda “Ukraynada sülhün bərqərar olması üçün yaxşı şanslar var ” .

Bu xəbəri paylaş

Oxşar xəbərlər