Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin İrandan uran çıxarmaq üçün riskli planı məlum olub

3 dəq
Paylaş:
ABŞ-nin İrandan uran çıxarmaq üçün riskli planı məlum olub

ABŞ hərbçiləri Trampa İranın nüvə obyektlərinin qalıqları altından təxminən 450 kiloqram yüksək uranın çıxarılmasını nəzərdə tutan plan təqdim ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən "The Washington Post" nəşri yayıb.

Nəşrin məlumatına görə, bu əməliyyatın həyata keçirilməsi üçün yüzlərlə, bəlkə də minlərlə hərbi qulluqçunun və radioaktiv materialların qazılaraq çıxarılması üçün ekskavatorlar da daxil olmaqla ağır texnikanın əraziyə yerləşdirilməsi tələb olunacaq.

ABŞ Mərkəzi Komandanlığının və Xüsusi Əməliyyatlar Komandanlığının sabiq rəhbəri, istefada olan general Cozef Votel bu missiyanı "çox mürəkkəb" adlandırıb və mümkün insan itkiləri barədə xəbərdarlıq edib.

Mənbələrdən biri qeyd edib ki, İsfahandakı anbara daxil olmaq üçün aşağıdakı addımlar atılmalıdır:

  • Beton və qurğuşun mühafizə qatının deşilməsi;
  • Nüvə materialı olan konteynerlərin səthə çıxarılması.

Ekspertlər vurğulayırlar ki, döyüş şəraitində indiyədək belə bir tapşırıq icra edilməyib.

Ehtimal olunan ssenariyə əsasən, quru qoşunlarının təhlükəsiz hərəkətini təmin etmək üçün əvvəlcə İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirilməlidir.

Daha sonra mühəndislər avadanlıqların çatdırılması üçün uçuş-enmə zolağı inşa etməlidirlər ki, bu zaman təyyarələri düşmənin hədəf zonasında olacaq.

Pentaqonun sabiq rəsmisi bildirib ki, uranın ələ keçirilməsi üçün ərazinin müvəqqəti işğalı tələb olunacaq. O əlavə edib ki, güc nümayişi məqsədilə simvolik reyd mümkündür, lakin tammiqyaslı çox böyük həcmdə olacaq.

Söhbət ötən yay İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra dağıntılar altında qalan urandan gedir. Tramp İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını Vaşinqtonun əsas məqsədi adlandırsa da, planla bağlı yekun qərar hələ verilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax