ABŞ Milli Meteoroloji Xidməti dünən ölkənin 38 şəhərində temperatur rekordlarının qırıldığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Las-Veqasda 47,2 dərəcə, Kaliforniyanın Ölüm Vadisində isə temperatur 53,9 dərəcəyə çatıb.
Qeyd olunub ki, ABŞ-nin cənub-qərb ştatı Arizonada 17 gün ərzində temperatur 43 dərəcədən aşağı düşməyib.