Əsas məzmuna keç

ABŞ müdafiə naziri müalicədən sonra yenidən işinə qayıdıb

ABŞ müdafiə naziri müalicədən sonra yenidən işinə qayıdıb

Pentaqonun mətbuat xidmətinin bəyanatında deyilir. “Müdafiə naziri Lloyd Ostin bu gün Pentaqona qayıdıb. Nazir yanvarın 15-də Uolter Rid Milli Tibb...

ABŞ-ın Ostin Pentaqonda qayıdıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Pentaqonun mətbuat xidmətinin bəyanatında deyilir.

“Müdafiə naziri Lloyd Ostin bu gün Pentaqona qayıdıb. Nazir yanvarın 15-də Uolter Rid Milli Mərkəzindən buraxıldıqdan sonra öz vəzifələrini evdən yerinə yetirirdi”, - bəyanatda qeyd olunub.

Xatırladaq ki, L.Ostin yanvarın 1-i axşam saatlarında Uolter Rid Milli Tibb Mərkəzinə yerləşdirilib. Yanvarın 2-də onun bəzi səlahiyyətləri müavini Ketlin Hiksə verilib. Tibb mərkəzinin yanvarın 9-da dərc olunmuş bəyanatında deyilirdi ki, mütəxəssislər ona 2023-cü ilin dekabrında prostat vəzi xərçəngi diaqnozu qoyub, yanvarın 1-də isə ağırlaşmalarla əlaqədar nazir xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…