Operativ Məlumat Mərkəzi

ABŞ müdafiə naziri ilə bağlı impiçment prosesi başlanıla bilər

2 dəq
Paylaş:
ABŞ müdafiə naziri ilə bağlı impiçment prosesi başlanıla bilər
bu barədə “The Hill” məlumat yayıb. M.Rozendeyl yanvarın 9-da Nümayəndələr Palatasının iclasında impiçment qətnaməsini təqdim etməyi planlaşdırır. Onun...

ABŞ Nümayəndələr Palatasında respublikaçı Mett Rozendeyl keçən həftə xəstəxanaya yerləşdirildiyi barədə Ağ Evə və Konqresə məlumat vermədiyinə görə müdafiə naziri Lloyd Ostinin impiçmenti üçün qətnamə təqdim etməyi planlaşdırdığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.

M.Rozendeyl yanvarın 9-da Nümayəndələr Palatasının iclasında impiçment qətnaməsini təqdim etməyi planlaşdırır.

Onun sözlərinə görə, L.Ostin Vaşinqtondakı Uolter Rid Milli Hərbi Tibb Mərkəzində qalması ilə bağlı məlumatı açıqlamamaqla vəzifə andını pozub və ABŞ xalqının həyatını təhlükəyə atıb.

“The Hill”in məlumatına görə, daha əvvəl Nümayəndələr Palatasının üzvü Eliz Stefanik deyib ki, müdafiə naziri dərhal istefa verməlidir, çünki onun xəbərdarlıq etmədən iş başında olmaması Vaşinqtonun əli olduğu çoxsaylı qlobal münaqişələr zamanı komandanlıq zəncirinə inamı sarsıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər