Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-Meksika sərhədində divarın tikintisi nə vaxt başa çatır?

2 dəq
Paylaş:
ABŞ-Meksika sərhədində divarın tikintisi nə vaxt başa çatır?

"ABŞ-Meksika sərhədində inşa edilən divarın tikintisi başa çatmaq üzrədir və layihənin 2027-ci ildə tamamlanması gözlənilir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ-nin daxili naziri Mallin deyib.

Mallin bildirib ki, işlər plan üzrə davam edərsə, 2027-ci ilin bu vaxtına qədər Sakit okeandan uzanan əsas sərhəd divarının tikintisi yekunlaşacaq.

Onun sözlərinə görə, sərhəddə əsas və ikinci dərəcəli divarlardan ibarət sistem yaradılır. Bu divarlar bəzi ərazilərdə bir-birindən 18–46 metr məsafədə yerləşəcək. Sistem divarlarda və yeraltında quraşdırılan sensorlarla təchiz olunacaq.

Nazir əlavə edib ki, sərhədi qanunsuz keçməyə çalışan şəxslərin izlənməsi və yerinin müəyyənləşdirilməsi üçün pilotsuz uçuş aparatlarından da istifadə ediləcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə divarın tikintisini ilk dəfə 2016-cı il kampaniyası zamanı əsas vədlərindən biri kimi irəli sürmüşdü.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax