ABŞ bazar ertəsi, noyabrın 2-də Hörmüz boğazında yerləşən İranın Qeşm adasına məhdud zərbələr endirib. AnewZ-nin “Reuters”ə istinadən verdiyi məlumata görə, ABŞ rəsmisi əməliyyatın genişmiqyaslı döyüş əməliyyatlarına qayıdış anlamına gəlmədiyini deyib.
Digər rəsmi zərbələrin ABŞ obyektlərini hədəf alan İranın yer-hava raket fəaliyyəti fonunda müdafiə tədbiri olduğunu bildirib.
“Fox News”un xəbərinə görə, İran Amerika təyyarəsinə atəş açıb. İranın dövlət mediası isə adada bir neçə partlayış baş verdiyini bildirib.
ABŞ Mərkəzi Komandanlığı zərbələrlə bağlı açıqlama verməyib.