Əsas məzmuna keç

ABŞ İrana qarşı yenidən zərbələr endirməyə başlayıb

ABŞ İrana qarşı yenidən zərbələr endirməyə başlayıb

Bəndər Abbas limanında baş verən partlayışlar fonunda Pentaqon Hörmüz boğazındakı gəmiçilik təhlükəsizliyini qorumaq üçün hərbi əməliyyatlara start verib.

en ru

Mərkəzi Komandanlığının qüvvələri İrana qarşı yenidən zərbələr endirməyə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Mərkəzi Komandanlığın açıqlamasında deyilir. Bildirilir ki, bu addım İranın boğazında naviqasiya azadlığını təhdid etmək qabiliyyətini daha da zəiflətmək məqsədi ilə atılıb.

“Amerika Birləşmiş Ştatları kommersiya gəmiçiliyinə və mühüm beynəlxalq su yolunda sərbəst hərəkət edən mülki heyətə qarşı son zamanlar əsassız təcavüzə görə İranı məsul hesab edir”,- deyə açıqlamada vurğulanır.

Qeyd edək ki, İran dövlət televiziyasının məlumatına görə, ölkənin cənubunda yerləşən liman şəhərində ən azı səkkiz güclü baş verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…