Operativ Məlumat Mərkəzi

ABŞ İrana qarşı sanksiyalar siyahısına səkkiz şirkəti əlavə edib

2 dəq
Paylaş:
ABŞ İrana qarşı sanksiyalar siyahısına səkkiz şirkəti əlavə edib

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranla bağlı sanksiya siyahısını yeniləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yeni məhdudiyyətlər 8 və onlarla əlaqəli 9 neft tankerini əhatə edir.

Sanksiya tətbiq edilən hüquqi şəxslər Hindistan, Liberiya, Ərəb Əmirlikləri, Oman, Seyşel və Marşall adalarında qeydiyyatdan keçmiş neft-qaz və müəssisələridir.

Qara siyahıya salınan doqquz tanker də məhz bu şirkətlərin fəaliyyəti ilə əlaqəlidir.

Bununla belə, ABŞ Maliyyə Nazirliyi cari ilin 22 fevral tarixinədək qüvvədə olan xüsusi baş lisenziya dərc edib. Sənədə əsasən, sanksiyaya məruz qalan gəmilərə müəyyən şərtlər daxilində limanlara daxil olmağa icazə verilir:

  • Venesuela, İran və limanları istisna olmaqla, digər limanlara daxil olmaq və dayanmaq;
  • Heyət üzvlərinin sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün tədbirlər görmək;
  • aparmaq və yükün İran mənşəli olmaması şərti ilə boşaldılmasını həyata keçirmək.

Qeyd edək ki, sanksiya siyahısına daxil edilmək həmin subyektlərin ABŞ-dəkı aktivlərinin dondurulması və Amerika vətəndaşları ilə şirkətlərinin onlarla hər hansı biznes əlaqəsi qurmasının qadağan edilməsi deməkdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax