ABŞ-nin İrana qarşı mümkün hərbi zərbələri nəzarətdən çıxan eskalasiya riskinə və qlobal iqtisadiyyat üçün ağır nəticələrə səbəb ola bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" politoloq Malek Dudakova istinadən xəbər verir ki, Vaşinqtonun İranın neft tankerlərini ələ keçirmək cəhdi dünya bazarlarında şok effekti yaradacaq.
Ekspert qeyd edir ki, İran buna cavab olaraq gündəlik təxminən 20 milyon barel neftin daşındığı Hörmüz boğazını bağlaya bilər. Bu addım nəticəsində aşağıdakı fəsadlar yarana bilər:
- Dünya bazarında neftin qiyməti 130-150 dollara qədər yüksələ bilər;
- Qlobal logistika zənciri ciddi zərər görər;
- Regiondakı ABŞ hərbi bazaları birbaşa hədəfə çevrilər və onları müdafiə etmək çətinləşər.
Dudakovun sözlərinə görə, ABŞ-nin İrandakı nüvə obyektlərinə, raket buraxılış məntəqələrinə və ya SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) logistika mərkəzlərinə zərbə endirməsi daxili siyasi qeyri-sabitlik yaratmaq məqsədi daşıyır.
Lakin amerikalı hərbçilər arasında böyük itkilərin olması prezident Donald Trampın reytinqinə mənfi təsir göstərə bilər, çünki Amerika ictimaiyyətinin böyük hissəsi hazırda gərginliyin artırılmasının əleyhinədir.
"The New York Times" qəzetinin məlumatına görə, Pentaqon artıq Donald Trampa İranın nüvə və raket proqramlarını zəiflətmək üçün genişləndirilmiş hərbi planlar təqdim edib. Hazırda ABŞ rəhbərliyi hələ də diplomatik yolları nəzərdən keçirsə də, Tehrandan nüvə ambisiyalarından tam imtina etməyi və proksi-qruplara dəstəyi dayandırmağı tələb edir.