Əsas məzmuna keç

BƏƏ İrana zərbə endirib: Lavan adasındakı neft zavodu vurulub

BƏƏ İrana zərbə endirib: Lavan adasındakı neft zavodu vurulub

Əbu-Dabi Lavan adasındakı neft zavoduna hücum edib. WSJ-nin yazdığına görə, ABŞ-ın gizli dəstəklədiyi əməliyyatın şok detalları bəllidir. Bəs Tehran niyə susur?

en ru

Birləşmiş Ərəb Əmirlikləri atəşkəs elan olunan vaxtda İrana qarşı hücum həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədəAmerikanın "The Wall Street Journal" nəşri mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Əbu-Dabinin hədəflərindən biri İranın Fars körfəzində Lavan adasındakı emalı zavodu olub.

Bildirilir ki, bu əməliyyat barədə ictimaiyyətə verməyib.

WSJ qeyd edir ki, hücum və İran arasında atəşkəs elan olunduğu dövrdə baş versə də, Vaşinqton tərəfindən mənfi reaksiya ilə qarşılanmayıb. Nəşrin iddiasına görə, ABŞ administrasiyası BƏƏ-nin münaqişəyə qoşulmasını gizli şəkildə dəstəkləyib.

Məqalədə həmçinin vurğulanır ki, BƏƏ silahlı qüvvələri Qərb istehsalı olan müasir qırıcı təyyarələr və müşahidə sistemləri ilə yaxşı təchiz edilib.

İran və BƏƏ rəsmiləri isə hələlik yayılan məlumatlarla bağlı rəsmi açıqlama verməyiblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…