Operativ Məlumat Mərkəzi

ABŞ husilərin radarlarını və bir PUA-sını zərərsizləşdirib

1 dəq
Paylaş:
ABŞ husilərin radarlarını və bir PUA-sını zərərsizləşdirib
bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı xəbər yayıb. “Son 24 saat ərzində ABŞ Mərkəzi Komandanlığı qüvvələri Yəmənin husilərin nəzarətində olan...

ABŞ ordusu Yəmənin “Ansar Allah” hərəkatının husi üsyançılarının dörd radarını zərərsizləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı xəbər yayıb.

“Son 24 saat ərzində ABŞ Mərkəzi Komandanlığı qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərində dörd radar və bir pilotsuz suüstü aparatını uğurla məhv edib”, - komandanlığın “X” sosial hesabında yayılan bəyanatında deyilir.

Bundan əlavə, komandanlıq qüvvələri Qırmızı dəniz üzərində husilərə məxsus bir pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər