ABŞ ordusu İranın müxtəlif bölgələrinə gecə saatlarında hava hücumlarını davam etdirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hücumlar zamanı İsfahan, Yəzd, Loristan, Sistan-Bəlucistan, Hörmüzqan, Fars və Xuzistan əyalətlərində yerləşən bir sıra məntəqələr hədəfə alınıb.
Zərbələr İsfahan şəhərinə, Loristan əyalətinin Xürrəmabad və Borucerd şəhərlərinə, Sistan-Bəlucistan əyalətinin Konarak şəhərinə, Hörmüzqan əyalətindəki Keşm adası, Cask və Bəndər-Abbas şəhərlərinə, Xuzistan əyalətinin Əndimeşk, Ümidiyyə və Əhvaz şəhərlərinə, həmçinin Yəzd şəhəri və Fars əyalətinin Firuzabad şəhərinə endirilib.
Bəndər-Abbasa təşkil olunan hücum nəticəsində iki nəfər yaralanıb.
Xürrəmabad şəhərinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlarda da daha iki nəfərin xəsarət aldığı bildirilib.
Bundan əvvəl Xuzistan əyalətinin rəsmiləri ABŞ-nin Əhvaza endirdiyi zərbələr nəticəsində dörd nəfərin həlak olduğunu, beş nəfərin isə yaralandığını açıqlamışdı.