Əsas məzmuna keç

İranın Urmiya hava limanı və digər şəhərləri raket hücumuna məruz qalıb

İranın Urmiya hava limanı və digər şəhərləri raket hücumuna məruz qalıb

İranın Qərbi Azərbaycan, Xuzistan və Yəzd əyalətlərində bir sıra strateji obyektlər hədəfə alınıb.

en ru

İranın rəsmi "IRNA" xəbər agentliyinin məlumatına görə, Böhran İdarəetmə Baş İdarəsinin müdiri Hamed Saffari Urmiya hava limanının və digər bəzi nöqtələrin ABŞ və İsrail tərəfindən atılan raketlərlə hədəf alındığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, hücum nəticəsində dəyən ziyan barədə dəqiq məlumat verilməsə də, hadisə yerinə təcili yardım və xilasetmə qruplarının cəlb edildiyi vurğulanıb.

Bununla yanaşı, ölkənin digər bölgələrində də oxşar hücumlar qeydə alınıb:

  • əyaləti: Xürrəmşəhr şəhərində iki gəmiqayırma şirkəti yenidən hava hücumuna məruz qalıb. Şəhəri bürüyən tüstü buludunun bu zərbələr nəticəsində yarandığı, lakin insan itkisinin olmadığı bildirilib.
  • əyaləti: Yerli rəhbərliyin açıqlamasına əsasən, ABŞ və İsrail qüvvələri Yəzd şəhərinə də zərbələr endirib, lakin burada da tələfat qeydə alınmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…