Əsas məzmuna keç

İsfahan səmasında ABŞ PUA-ları vuruldu

İsfahan səmasında ABŞ PUA-ları vuruldu

İran HHM sistemləri MQ-9 Reaper və Lucas aparatlarını məhv etdi. Xark adası yaxınlığında zərərsizləşdirilən dronlarla birgə itkilərin sayı 168-ə yüksəlib.

en ru

İsfahan vilayətinin səmasında ABŞ-yə məxsus MQ-9 tipli silahlı pilotsuz uçuş aparatı məhv edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İran KİV məlumat yayıb.

Bildirilib ki, ABŞ-yə məxsus MQ-9 Reaper tipli İsfahan səmasında inteqrasiya olunmuş hava hücumundan müdafiə şəbəkəsi tərəfindən vurulub.

Digər tərəfdən, yaxınlığında da ABŞ-nin İranın “Şahid-136” adlı kamikadze pilotsuz aparatını kopyalayaraq istehsal etdiyi “Lucas” adlı PUA-nın müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib.

Qeyd olunub ki, bu son müdaxilə ilə İranın inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemləri tərəfindən ölkə üzrə indiyədək vurulan ABŞ-İsrailə məxsus pilotsuz uçuş aparatlarının sayı 168-ə çatıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…