Əsas məzmuna keç

ABŞ-də yemək festivalına silahlı hücum, ölənlər var

ABŞ-də yemək festivalına silahlı hücum, ölənlər var

Sietl şəhərindəki "Bite of Seattle" festivalında baş verən güllələnmə zamanı 2 nəfər həlak olub. "Space Needle" yaxınlığındakı faciənin təfərrüatı nədir?

ru en

ABŞ-nin Vaşinqton ştatının şəhərində keçirilən ənənəvi "Bite of " yemək festivalı zamanı silahlı hücum baş verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Sietl Yanğınsöndürmə İdarəsinin sözçüsü Qreys Nunes bildirib ki, hadisə yerli vaxtla saat 18:00 radələrində şəhərin məşhur " " müşahidə qülləsinin yaxınlığında təşkil olunan festival zamanı baş verib.

Onun sözlərinə görə, iki nəfər hadisə yerində həyatını itirib, yaralanan beş nəfərdən biri ağır vəziyyətdə olmaqla "Harborview" Tibb Mərkəzinə çatdırılıb.

Xəstəxananın sözçüsü Syuzan Qreqq isə yaralıların qol, qarın və ayaq nahiyələrindən güllə xəsarətləri aldıqlarını və müalicələrinin davam etdiyini açıqlayıb.

Hadisə ilə bağlı daxil olan məlumatdan sonra əraziyə çoxsaylı və təcili tibbi yardım briqadaları cəlb olunub, festivalın keçirildiyi zona boşaldılıb.

Hücumu törədən şəxsin saxlanılıb-saxlanılmadığı hələlik açıqlanmayıb.

Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson bildirib ki, yerli polisə dəstək məqsədilə ştat patrulunun xüsusi təyinatlı əməkdaşları hadisə yerinə göndərilib.

Qeyd edək ki, ilk dəfə 1982-ci ildə təşkil olunan və üç gün davam edən "Bite of Seattle" yemək festivalına hər il təxminən 350 min nəfər qatılır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…