Operativ Məlumat Mərkəzi

ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı öldürüldü - YENİLƏNİB

2 dəq
Paylaş:
ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı öldürüldü - YENİLƏNİB
bu barədə Associated Press məlumat yayıb. Şübhəli şəxsin atəş açan zaman "Azad Fələstin" şüarı səsləndirdiyi bildirilib. ABŞ Baş prokuroru Pem Bondinin...

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs salxanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Şübhəli şəxsin atəş açan zaman "Azad Fələstin" səsləndirdiyi bildirilib.

ABŞ Baş prokuroru Pem Bondinin hadisə yerinə getdiyi vurğulanıb.

***

ABŞ-nin daxili naziri Kristi bildirib ki, İsrail səfirliyinin iki əməkdaşı Vaşinqtondakı Yəhudi qarşısında öldürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bundan əvvəl ABC telekanalı Vaşinqtonda Paytaxt Yəhudi Muzeyi yaxınlığında baş verən atışmada iki nəfərin, o cümlədən İsrail səfirliyinin əməkdaşının öldüyünü bildirib.

"İsrail səfirliyinin iki əməkdaşı bu gecə (yerli vaxtla - red.) Vaşinqtondakı Yəhudi Muzeyinin qarşısında öldürülüb. Biz fəal şəkildə araşdırırıq və əlavə məlumat əldə etmək üçün çalışırıq", - Noem yazıb.

O, həmçinin cinayətkarı məsuliyyətə cəlb edəcəyinə söz verib.

İsrailin BMT-dəki səfiri Denni Danon özünün “X” səhifəsində hücumu "anti-semit terrorizmin alçaq aktı" adlandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax