Əsas məzmuna keç

ABŞ-də hantavirusdan ölüm: İctimaiyyət üçün risk nə qədərdir?

ABŞ-də hantavirusdan ölüm: İctimaiyyət üçün risk nə qədərdir?

Koloradoda bir sakin Sin Nombre infeksiyası səbəbindən həyatını itirdi. Maral siçanları ilə yayılan təhlükəli virusun təfərrüatları və CDC-nin mühüm xəbərdarlığı.

en ru

ABŞ-nin Kolorado ştatında bir nəfər hantavirus infeksiyası səbəbindən ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kolorado Səhiyyə və Departamenti məlumat yayıb.

Qurumun açıqlamasında bildirilir ki, Duqlas qraflığında yaşayan yetkin şəxsdə ölümcül hantavirus infeksiyası təsdiqlənib. Qeyd olunub ki, bu hadisənin MV Hondius kruiz gəmisində qeydə alınan epidemiya ilə heç bir əlaqəsi yoxdur.

Səlahiyyətlilər ölən şəxsin dəqiq ölüm vaxtını açıqlamayıblar.

Departament vurğulayıb ki, Sin Nombre hantavirusu Kolorado ştatında xüsusilə yaz və yay aylarında mütəmadi olaraq qeydə alınır və ağır hallarda ölümcül ola bilər. Virus əsasən maral siçanları vasitəsilə yayılır.

Rəsmilər bildiriblər ki, hazırda üçün aşağı səviyyədə qiymətləndirilir. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, 1993–2023-cü illər arasında Koloradoda ümumilikdə 121 hantavirus infeksiyası halı qeydə alınıb.

Qeyd edək ki, MV Hondius kruiz gəmisində də hantavirusla bağlı yoluxma halları aşkarlanıb və bir neçə ölüm qeydə alınıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…