Operativ Məlumat Mərkəzi

ABŞ-də “Beril” qasırğası nəticəsində ölənlərin sayı 11-ə çatıb

1 dəq
Paylaş:
ABŞ-də “Beril” qasırğası nəticəsində ölənlərin sayı 11-ə çatıb
bu barədə xarici KİV məlumat yayıb. ABŞ Milli Qasırğa Mərkəzi (NHC) tərəfindən edilən açıqlamada, can itkisinə səbəb olan və bu gün Texasa çatan qasırğa...

Amerika qitəsində böyük dağıntılara və insan tələfatına səbəb olan "Beril" qasırğasında ölənlərin sayı 11-ə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ Milli Qasırğa Mərkəzi (NHC) tərəfindən edilən açıqlamada, can itkisinə səbəb olan və bu gün Texasa çatan qasırğa səbəbiylə hər iki istiqamətdə uçuşların dayandırıldığı, bunun ölümcül qasırğa ola biləcəyi ilə bağlı xəbərdarlıqların da edildiyi bildirilib.

Texas qubernatorunun müavini Den Patrik 120 bölgəni fəlakət zonası elan edib. Texas ştatının cənubundakı Korpus Kristi, Qalveston və Hyuston şəhərləri ətrafındakı böyük neft limanları bağlanarkən, "Shell" və "Chevron" kimi neft şirkətləri Meksika körfəzi yaxınlığındakı istehsal sahəsindəki işçilərini evakuasiya edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər