Əsas məzmuna keç

ABŞ “Azadlıq Layihəsi” əməliyyatına 15 min əsgər göndərəcək

ABŞ “Azadlıq Layihəsi” əməliyyatına 15 min əsgər göndərəcək

Donald Tramp Hörmüz boğazında gəmilərin təhlükəsizliyi üçün 15 min hərbçi və PUA-lar cəlb edir. Mərkəzi Komandanlıq hər hansı müdaxiləyə güclə cavab verəcək.

en ru

münaqişə səbəbindən boğazında ilişib qalmış gəmiləri müşayiət etmək məqsədilə həyata keçiriləcək “ Layihəsi” əməliyyatında təxminən 15 min ABŞ hərbçisi iştirak edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Komandanlığın açıqlamasında bildirilir: “ABŞ-nin “Azadlıq Layihəsi”nə hərbi dəstəyinə idarə olunan raket esminesləri, 100-dən çox quru və dəniz təyyarəsi, müxtəlif pilotsuz platformalar və 15 min hərbi qulluqçu daxil olacaq”.

ABŞ Prezidenti daha əvvəl əməliyyatın Yaxın Şərq vaxtı ilə mayın 4-ü səhər başlayacağını açıqlamışdı. Onun sözlərinə görə, əməliyyatın məqsədi gəmilərin Hörmüz boğazından təhlükəsiz şəkildə çıxarılmasını təmin etməkdir.

Amerika lideri, həmçinin qeyd edib ki, “əgər bu humanitar prosesə hər hansı müdaxilə olarsa, təəssüf ki, həmin müdaxiləyə qarşı güc tətbiq ediləcək”.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…