Əsas məzmuna keç

Fitch: Rusiya sülhməramlıları 2025-ci ilin sonuna kimi Qarabağı tərk etməyəcək

Fitch: Rusiya sülhməramlıları 2025-ci ilin sonuna kimi Qarabağı tərk etməyəcək

bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı qiymətləndirməsində qeyd edilib. Reytinq agentliyi bildirib ki, son bir ildə...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“Rusiya sülhməramlıları 2025-ci ilin sonuna kimi Qarabağı tərk etməyəcək”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Fitch ” beynəlxalq agentliyinin Azərbaycanla bağlı qiymətləndirməsində qeyd edilib.

Reytinq agentliyi bildirib ki, son bir ildə Ermənistanla arasında gərginlik artıb: “Laçın dəhlizinin bağlanması çəkişmələri daha da gücləndirib: "Ötən ilin sentyabr ayında daha şiddətli döyüşlərdən sonra münaqişə və onun ətrafındakı ərazilərdə genişlənib. Bu dövrdə Azərbaycanın Rusiya ilə münasibətləri daha gərgin görünür və Avropa İttifaqı isə Ermənistanda məhdud monitorinq rolunu qəbul edib”.

“Fitch Ratings”in proqnozuna görə, Rusiya ən azı 2025-ci ilin sonuna kimi, yəni götürdüyü müddətin sonuna qədər Qarabağda öz sülhməramlı qüvvələrini saxlayacaq. Tərəflər arasında sülh razılaşması əldə olunacaq. Bu isə ticarət və iqtisadi əlaqələrin yaxşılaşdırılmasına dair razılaşmaya gətirib çıxaracaq. Bununla belə, arabir kiçik toqquşma riskləri qalacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…